“Multikultural cəmiyyətdə həyat: hörmət, dialoq və qarşılıqlı fəaliyyət” devizi ilə Azərbaycanda keçirilən “Yerli Demokratiya Həftəsi” çərçivəsində Qaradağ rayonu Lökbatan bələdiyyəsi sakinlərlə görüş keçirib. Bu barədə məlumatı Belediyye.infoya Lökbatan bələdiyyəsindən veriblər.
Verilən məlumata görə, görüşdə Lökbatan bələdiyyəsinin sədri Namizəd ismayılov “Yerli Demokratiya Həftəsi”nin əhəmiyyətindən danışaraq, həftə ərzində bir sıra ciddi əhəmiyyətli işlərin həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, bu qəsəbədə azərbaycanlılarla yanaşı ruslar, belaruslar, tatarlar və digər xalqların nümayəndələri yaşayır. Uzun illərdir bir yerdə yaşayan xalqların nümayəndələri bu gün çiyin-çiyinə çalışaraq bütün problemlərin həllinə birgə nail olublar.
Çıxışında bələdiyyənin fəaliyyətinə də toxunan sədr ilin sonunadək yerliöznüidarəetmə orqanı tərəfindən həyata keçirilən layihələrdən söz açaraq, sakinlərin bu işlərdə fəal iştirak etmələrinin zəruriliyini vurğulayib.
Sonda sakinlərin qaıdırdğı problemlərin birgə həlli yolları müzakirə edilib.
Bu cür görüşlərin davam etdirilməsi və mütəmadi olaraq keçirilməsi qərara alınıb.
Belediyye.info
|
|
|
|
|
|